Şəbnəm atasını evləndirdi KONKRET | Icma.az
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bir müddət əvvəl anasını itirən müğənni Şəbnəm Tovuzlu atası Ələddinin ikinci dəfə evləndiyini deyib.
KONKRET.az xəbər verir ki, sənətçi bu haqda “Qonaqcanlı” verilişində deyib.
O bildirib ki, atasını özü evləndirib: “Ölüncəyə qədər onun qulluğundayam. Yaxşı ki, varsan. Anam 5 ildir rəhmətə gedib.
Atama nə qədər gözəl baxsa da, təkliyini hiss etdim. Onu Günəş xanımla evləndirdim. Atama gözəl baxır”.
Qeyd edək ki, Ələddin Şəbnəmin doğma atası deyil. İfaçı 1 yaşında olarkən anasını itirib və onu xalası ilə həyat yoldaşı saxlayıb.
Şəbnəm uzun illər onları doğma valideyn bildiyini deyib. /axşam.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izlə
Tam oxu
Xəbəri oxu