Şəbnəm həmin tədbriə 500 minə gedib

19.11.2025

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Müğənni Şəbnəm Tovuzlu maraqlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, sənətçi "Rəngarəng" verilişində Türkiyədə iştirak etdiyi tədbirlərdəki qazancını açıqlayıb.

"Bir ay, yaxud 10 gün öncə yarım saatlıq toyları götürə bilmirəm, çünki Rusiyada bütün məclis idarə etmək təklifləri olur. 30 dəqiqəlik olduqda üç-beş gün əvvəl deyilibsə, götürürük. Türkiyədəki tədbirdə iştiraka görə 500 min TL (təxminən 20 min Azn) qonarar olub. Dəyər verib çağırırlar. İki gün ardıcıl olaraq, tədbirlərdə çıxışlarım oldu. İstanbulda olan 200 nəfərlik kimsəsiz uşaqlar üçün tədbir idi. Antalyada isə 2 minə yaxın insan iştirak etdi. Anonsu üç aya yaxın gedirdi. Gözəl qarşılandıq. 15 ölkənin nümayəndələri var idi.  Zəfər bayramımızla bağlı bayraqlarımız ucaldıldı. Çox sevinirəm ki, digər ölkələrin nümayəndələrinin o mahnını sevmələri ilə qürur duydum". 

Hüseyn
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью