Şəbnəm instaqramdan nə qədər qazanır?

08.02.2025

Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müğənni Şəbnəm Tovuzlu sosial şəbəkə hesablarından qazandığı məbləği açıqlayıb.

Axşam.az xəbər verir ki, "El canlı" verilişinə qonaq olan ifaçı sosial şəbəkələrdə aktiv olduğunu deyib:

"Yutubda 1 milyon 700 min izləyiciim var. 2019-cu ildə mənə "gümüş düymə", 2022-ci ildə isə "qızıl düymə" göndərilib.

İnstaqram səhifəmdə isə izləyicilərim hamınınkından çoxdur. 3 milyon 400 min izləyicim var. Təbii ki, məndə öz səhifəmdə reklam paylaşıram. İnstaqramda hekayə bölümündə reklamı 2000 manata yayımlayıram. Əslində səhifəm reklam yox, müğənni səhifəsidir. 4-5 aydan bir nəsə götürürəm. Geyim və ya başqa paylaşımları reklamla etmirəm. Hansısa şirkətin məhsulunu paylaşa bilərəm". 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью