Icma.az bildirir, Yenisabah portalına istinadən.
Şəbnəm Tapdıq dərnək açmaq qərarına gəlib.
Yenisabah.az xəbər verir ki, bu barədə Əməkdar artist “Xəzər axşamı” verilişində danışıb:
“Bir dəfə mağazaya daxil oldum. Gördüm turistlər də var. Əynimdə ananaslı toxuma ətək var idi. Özüm toxumuşdum. İranlı turistlər bəyəndilər və haradan aldığımı soruşdular. Dedim ki, gözləyin, gəlirəm. Gətirdiyim 2 ətəyi aldılar. Təəccübləndim. Çünki bunu onlara satış məqsədilə gətirməmişdim”. pizza sifarişi
Aparıcı Mətanət Əliverdiyeva bu bacarığı niyə biznesə çevirmədiyini soruşub. Şəbnəm Tapdıq bildirib ki, dərnək açmağı düşünür.
Aytac Əliyeva