Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30.10.2026

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müğənni Şəbnəm Tovuzlu şəxsi münasibətləri ilə bağlı açıqlaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, sənətçi keçmiş baldızı ilə əlaqələrinin yaxşı olduğunu, aralarında heç bir incikliyin olmadığını bildirib.

O, keçmiş həyat yoldaşının ailəsi ilə münasibətlərini qoruduğunu və qızının da həmin tərəfdən olan qohumları ilə sıx ünsiyyətdə olduğunu deyib:

"Mən keçmiş baldızımla bacı kimiyəm. Niyə aramızda düşmənçilik olmalıdır ki? Qızım da o tərəfdən olan qohumlarını çox sevir. Bibisi, bibisiqızı və hamısı ilə görüşür".

Şəbnəm Tovuzlunun bu sözləri ailə münasibətlərinə yanaşması baxımından diqqət çəkib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью