Şəbnəm Tovuzlu reklam qiymətini açıqladı

07.02.2025

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

""İnstagram" hesabımın hekayə bölməsində bir paylaşımımın qiyməti 2 min manatdır".

AZXEBER.COM xəbər verir ki, bunu müğənni Şəbnəm Tovuzlu "El canlı" verilişində deyib.

Sənətçi reklam da qəbul etdiyini deyərək qiymət açıqlayıb:

"Mənim sosial şəbəkə izləyicilərim bütün sənət yoldaşlarımdan da, blogerlərdən də, tiktokerlərdən də çoxdur. 3 milyon dörd yüz min nəfər izləyicim var. Olur ki, ödənişlə reklam da qəbul edirəm. "İnstagram"ın hekayə bölməsində bir paylaşımımın qiyməti 2 min manatdır. Bunu da bir həftədə iki dəfə edirəm. Hər təkifi də qəbul etmirəm. Bu hardasa 4-5 aydan bir olur. Əvvəlcə təbii ki, nəyi reklam edəcəyimə baxıram. "

Aysel

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью