Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müğənni Şəbnəm Tovuzlunun qızı Günel xaricdə təhsil almağa hazırlaşır.
Bakıvaxtı.az bildirir ki, bu barədə prodüser Tarix Əliyev məlumat verib.
Onun sözlərinə görə, Günel ABŞ-də yerləşən universitetlərdən birinə qəbul olub. Lakin o, ABŞ-yə yola düşməzdən əvvəl Fransada kurs keçəcək.
Belə ki, Günelin əvvəlcə Fransaya gedəcəyi, yanvar ayından etibarən isə ABŞ-də təhsilini davam etdirmək üçün bu ölkəyə yollanacağı bildirilib.