Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Şəbnəm Tovuzlu və bloqçu Aygül Quliyeva (Ayaprima) arasında qalmaqal yaranıb.
“Yeni Sabah” xəbər verir ki, səbəb Aygülün sosial media hesabında Şəbnəmin cangüdənləri ilə efirə çıxmasını tənqid etməsi olub.
Müğənni “Instagram”da bloqçuya mesaj yazaraq paylaşımı silməsini istəyib. Sonuncu şəxs bundan qətiyyətlə imtina edib.
“Tənqid götürə bilmirsinizsə, niyə çıxırsınız efirlərə. Oturun evdə. Elə də şantaj edir ki, elə bil qarşısındakı kimdir. Videonu silən deyiləm. Silinsə, bilin ki, özü sildirib. Profilimi də bağlatdıra bilər. Vecimə deyil”.