Şəbnəmin “vişka” sözünə Zaurdan ironik yanaşma Video

13.11.2026

Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Aparıcı Zaur Baxşəliyev müğənni Şəbnəm Tovuzlunun Eyfel qülləsi ilə bağlı dediyi “vişka” sözünü ələ salıb.

Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkədəki canlı yayımında izləyiciləri ilə söhbət edərkən müğənninin açıqlamasına ironik münasibət bildirib.

Zaur zarafatla Şəbnəmin sözlərini təkrarlayaraq deyib:

“O vaxt almanlar, fransızlar Azərbaycana gəlib-gediblər. Necə olub ki, birinin nənəmdən xoşu gəlməyib, aparmayıb? Yəqin çirkin olublar. Nənəmi Fransaya aparsaydılar, indi fransız kökənli olardım. Arxada gördüyünüz dəmir – vişkanın altında gəzirdim”.

Qeyd edək ki, Şəbnəm Tovuzlu bir müddət əvvəl qızı ilə Fransaya səfər edib. Müğənni Eyfel qülləsinin qarşısında çəkdirdiyi fotolarla bağlı danışarkən “Vişkanın altında durmuşdum” ifadəsini işlədib. Onun bu sözləri gündəm olub.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью