Səbuhi Abdullazadə Avropa yolunda Millimizin üzvü uğrunda mübarizə

21.04.2025

Icma.az, Apasport saytına istinadən bildirir.

Azərbaycan millisinin daha bir üzvü Polşaya yollana bilər.

Apasport.az saytına verilən məlumata görə, "Sumqayıt"ın yarımmüdafiəçisi Səbuhi Abdullazadə Polşa klublarının maraq dairəsinə düşüb.

Həmin klublardan biri də "Radomyak"dır.

Renat Dadaşov və Rahil Məmmədovun formasını geyindiyi Radom təmsilçisi Abdullazadə ilə bağlı planını hazır edib.

Klub onu yayda heyətinə qatmaq istəyir. Lakin futbolçunun xidmətində başqa klublar da maraqlıdır. Bu səbəbdən burda Səbuhinin özünün seçimi rol oynayacaq.

Qeyd edək ki, Səbuhinin "Sumqayıt"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Bakıda UEFA-nın PRO kateqoriyalı məşqçi kursunun I mərhələsi keçirilib “Qarabağ” – “Araz-Naxçıvan” oyununun biletləri satışa çıxarılıb Azərbaycanda daha bir stadion təmirə bağlanır - EKSKLÜZİV "Turan" FK-a məxsus Hünər təlim-məşq bazasının ilk təbii örtüklü meydançasının açılışı olub - VİDEO Ehtiram Quliyev: "Bu, komandamızın nailiyyətləri üçün önəmli mərhələdir"
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью