Səbuhi Abdullazadə: İstəməzdik ki, belə olsun

24.03.2025

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sabah keçiriləcək Azərbaycan - Belarus matçından öncə yığmamızın futbolçusu Səbuhi Abdullazadə mətbuat konfransında iştirak edib.

"Son oyunu uduzmuşuq. Ümid edirəm ki, sabahkı matçda həmin nəticəni unutdurarıq. Qələbə üçün oynayacağıq. Allah qoysa, qazanarıq". 

- Ötən oyun uduzduqdan sonra Toral Bayramov xalqdan üzr istəmədi. Maksimum nəticə üçün hansı addımlar atmısız ki, tənqid olunmayasız?
- Ağır nəticə oldu. İstəməzdik ki, belə olsun. Psixoloji cəhətdən hazır olmaq və məşqçinin dediklərini yerinə yetirmək istəyirik. Qarşılaşmadan üzüağ çıxmaq niyyətindəyik. 

- Təcrübəlilər sənə dəstək olur? 
- Millidə debüt etdim. Təcrübəlilər də mənə kömək etdi. 

- Belarus və Haiti nə dərəcədə fərqlənir?
- Haiti daha atletik komandadır. Amma Belarusla matça da hazırlaşmışıq. Baş məşqçimizin dediklərini edəcəyik.

Qorxulu kabus qayıtdı: Fransa Bakıya doğru AFFA-nın sabiq baş katibi Çingiz İsmayılov vəfat edib II Liqa: “Şəfa” və “Şahdağ Qusar”dan evdə inamlı qələbə Millimizin baş məşqçisi: “Gələcəkdə daha uğurlu nəticələr qazanmaq üçün əlimizdən gələni edəcəyik” “Neftçi” - “Araz-Naxçıvan” matçının biletləri satışa çıxarılıb
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью