Səbuhi Abdullazadə Sumqayıt dan vaxt istədi

14.05.2025

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

"Sumqayıt" Səbuhi Abdullazadəyə yeni sözləşmə təklif etsə də, yarımmüdafiəçi düşünmək üçün qarşı tərəfdən vaxt istəyib. Sport24.az xəbər verir ki, Abdullazadənin müqaviləsi mövsümün sonunda başa çatır.

Premyer Liqanın bir neçə klubunun da maraq dairəsində olan 23 yaşlı futbolçu karyerasını ölkə xaricində davam etdirmək niyyətindədir. Məlumatlı mənbənin sözlərinə görə, "kimyaçılar"ın öz yetirməsi olan oyuncu sərfəli təklif alacağı təqdirdə legioner həyatı yaşamaq istəyir.

Qeyd edək ki, Abdullazadə cari mövsümdə ümumilikdə bütün turnirlərdə 36 matçda meydana çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью