Səbuhi Abdullazadə Sumqayıt ın təklifini niyə qəbul etmir? EKSKLÜZİV

04.06.2025

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

"Sumqayıt" futbolçusuna yeni müqavilə təklif etsə də, hələ ki, ortaq məxrəcə gəlmək mümkün olmayıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, Səbuhi Abdullazadə yetirməsi olduğu klubdan düşünmək üçün vaxt istəyib.

Kluba yaxın mənbədən aldığımız bilgiyə əsasən, Abdullazadə ölkə xaricinə yollanmaq istəyir. Bu üzdən tələsik qərar vermək istəmir. "Sumqayıt" rəhbərliyi isə ona "yeni müqaviləyə imza at, xaricdən təklif olsa, pulsuz buraxacağıq" söyləyib.

Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi 2024/25 mövsümündə "kimyaçılar"ın heyətində ümumilikdə 38 oyun keçirib, 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью