Səbuhi Səfiyarlı: “Yaxşı futbolçu yenə də oynayacaq” | Icma.az
futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İcraiyyə Komitəsinin (İK) baş tutan sonuncu iclasında qəbul edilən önəmli qərarlardan biri də növbəti mövsüm üçün legioner limitinin ləğv edilməsi oldu.
Uzun müddətdir ki, müzakirəsi gedən bu qərarın təsdiqi futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı.
Bu qərarın lehinə olanlar, limitə görə yerli futbolçuların daha rahat olduğunu və limit ortadan götürüldükdən sonra öz mövqelərini itirməmələri üçün daha çox çalışacaqlarını əsaslandırır.
Qərarın əleyhinə olanlar isə akademiyalarımızda yetişən futbolçuların hamısının xaricə çıxmaq şansı olmadığını və başlanğıcda isə təcrübə yetərsizliyinə görə legionerlərə uduzacaqlarını düşünürlər.
“Qəbələ”nin idman ditektoru Səbuhi Səfiyarlı “FutbolPress”ə açıqlama verərək, limitin ləğvi haqda düşüncələrini bölüşdü: “Düşünmürəm ki, limitin ləğvi yerli oyunçuların şanslarının azalmasına səbəb olsun.
Yaxşı futbolçu yenə də oynayacaq. Əksinə limit var deyən bəzi güclü klublar yerli futbolçu oynatmağa məcbur olduğuyçun ehtiyatda da yerli oy
Elələri də var idi ki, prespektivi olmasına baxmayaraq, ehtiyat heyət kimi qalırdı.
Tam oxu
Xəbəri oxu