Icma.az, Lent az portalına istinadən məlumat yayır.
Rusiyanın İrkutsk vilayətinin Baykalsk şəhərində sakinlərin seçki məntəqələrinə gedib-gəlməsi üçün xüsusi nəqliyyat təşkil ediləcək.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, yerli hakimiyyət yaşayış məntəqələrinə ayıların tez-tez daxil olması səbəbindən bu qərarı qəbul edib.
Məlumata görə, son sutka ərzində bölgədə sakinlər vəhşi ayıların görünməsi ilə bağlı 56 hadisə barədə məlumat veriblər.
Bölgədə saat 19:00-dan sonra küçəyə çıxmağı qadağan edən komendant saatı tətbiq olunub. Seçki məntəqələri isə saat 20:00-dək açıq olduğundan vətəndaşların təhlükəsiz şəkildə məntəqələrə çatdırılması və geri qaytarılması üçün xüsusi nəqliyyat vasitələri ayrılacaq.