Icma.az, Bizim media portalına istinadən məlumat verir.
ABŞ-da qeydə alınmış seçicilərin təxminən 69 faizi Donald Tramp administrasiyasında korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə və maraqların toqquşmasından narahat olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə “Financial Times” və “Focaldata” şirkətlərinin keçirdiyi sorğunun nəticələrində qeyd olunub.
Sorğuda iştirak edənlərin təxminən yarısı korrupsiyanın Trampın ikinci prezidentlik dövründə əvvəlki administrasiyalarla müqayisədə daha ciddi problem olduğunu bildirib.
Respondentlərin 54 faizi qiymət artımına görə əsas məsuliyyəti Tramp administrasiyasının və ya Konqresdəki respublikaçıların üzərinə qoyub.
Sorğu iştirakçılarının 56 faizi Tramp 2025-ci ilin yanvarında vəzifəyə başladıqdan sonra maddi vəziyyətlərinin pisləşdiyini, dörddə birindən çoxu isə ərzaq və tibbi xidmət kimi zəruri xərcləri azaltmağa məcbur qaldığını bildirib.
Ağ Evin mətbuat katibi Devis İnql isə Trampın federal hökumətdə dələduzluqla mübarizə apardığını və heç bir maraqlar toqquşmasının olmadığını iddia edib.
Bizim.Media