Seçicilərin sayı açıqlanıb, ən yaşlısının 135 yaşı var

26.05.2025

Azvision saytına istinadən Icma.az xəbər verir.

Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında məlumat verib. Onun sözlərinə görə, Azərbaycanda 2025-ci il üzrə daimi seçicilərin ümumi sayı 6 milyon 302 min 93 nəfər nəfərdir, onların da 28 min 390 nəfəri bu il səsvermə hüququ qazanıb.
MSK sədri bildirib ki, seçicilərin 2 milyon 997 min 700 nəfəri kişi, 3 milyon 304 min nəfəri isə qadındır:
"Ən yaşlı seçici Lənkəran rayonundan olan qadındır və 1890-cı ildə anadan olub. Kişilər arasında ən yaşlı seçici isə 1920-ci ildə anadan olub. Ümumilikdə seçicilərdən 212 nəfərinin yaşı 100-dən çoxdur".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью