Seçim Ermənistanın əlindədir Rusiya XİN

03.04.2025

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Eyni zamanda Aİİ və Aİ-də olmaq mümkün deyil, lakin seçim Ermənistanın əlindədir. Yalnız o, harada olmağın daha sərfəli olduğuna qərar verməlidir.

"Unikal" xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib. 

"Ümid edirik ki, Aİİ üzvlüyünün bütün faydaları və Aİİ-dən ayrılma nəticəsində yaranan itkilərin miqyası Ermənistan cəmiyyətinə izah ediləcək ki, erməni cəmiyyətinin reallığa obyektiv baxışı olsun", - deyə o, "RİA Novosti" agentliyinə müsahibəsində bildirib.

Diplomat həmçinin vurğulayıb ki, Aİİ bərabər hüquqlu dövlətlər birliyidir, Aİ isə rusofobik rəvayətlərin reallıqdan qopmuş Brüssel bürokratları tərəfindən diktə olunduğu bir strukturdur.

Ağarza Elçinoğlu


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью