Seçki keçirməyə hazıram, amma bunun üçün… ZELENSKİ

18.08.2025

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə prezident seçkiləri keçirməyə hazır olduğunu bildirib.

Gununsesi.info xəbər verir ki, bunu Ukrayna lideri Ağ Evdə amerikalı həmkarı Donald Trampla görüşündə deyib.

Lakin Zelenskinin fikrincə, bunun üçün döyüş əməliyyatlarının dayandırılması lazımdır.

“Biz bunu təhlükəsizliyimizin təmin edildiyi şəraitdə etməliyik. Açıq demokratik seçkilər keçirmək üçün atəşkəs lazımdır”, – Ukrayna Prezidenti vurğulayıb.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью