Seçki məntəqələrində “web kameralar quraşdırılacaq

21.01.2025

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində səsvermə prosesində seçki məntəqələrində “web-kameralar”dan istifadə barədə məlumat verilib.

APA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

O bildirib ki, web-kameraların Azərbaycanda müsbət təcrübəsi var: “Aşkarlıq ən ümdə meyarlardan biridir. Ölkədə 70 minə yaxın yerli müşahidəçi bələdiyyə seçkilərini müşahidə edəcək. web-kameralardan istifadə səsvermə günü şəffaflığın artırılması üçün tətbiq olunan layuhədir. 1000 seçki məntəqəsində qurulan web-kameralar vasitəsilə bütün proseslər müşahidə ediləcək. Bu da aşkarlıq üçün çox mühüm vasitəyə çevrilib. Bələdiyyə seçkiləri keçiriləcək 118 seçki dairəsinin 1000 seçki məntəqəsində web-kameralar quraşdırılacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью