Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Bu səhər Ukrayna hərbçiləri Zaporojye vilayətinin Mixaylovka ərazisindəki ümumtəhsil məktəbində yerləşən seçki məntəqəsini hədəfə alıblar.
KONKRET.az Publika-ya istinadən xəbər verir ki, bu barədə bölgənin rəhbəri Yevgeni Balitski “Telegram” kanalında məlumat yayıb.
Onun sözlərinə görə, hücuma məruz qalan məntəqə şəhər tipli Prişib qəsəbəsində yerləşib.
“Bu, 170 şagirdlik fəaliyyətdə olan məktəbdir. Xoşbəxtlikdən, heç bir itki olmayıb. Hücum zamanı binada və ya yaxınlıqda heç kim olmayıb”,- Balitski yazıb.
O həmçinin qeyd edib ki, zərbədən sonra seçki məntəqəsi dağılıb. Balitskinin sözlərinə görə, ərazidə erkən səsvermə keçirilib. Lakin seçki artıq başa çatıbmış. Buna görə də, zərbə zamanı məntəqə fəaliyyət göstərməyib.
Qeyd edək ki, 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi nəticəsində Rusiya Ukraynanın Zaporojye vilayətinin bir hissəsini zəbt edib. Vilayətin mərkəzi olan Zaporojye şəhərinin özü isə heç vaxt Rusiyanın nəzarətinə keçməyib və tam olaraq Ukraynanın nəzarətindədir.
https://konkret.az/cloud/uploads/2026/09/1789898701388-b81f497a0a94-64616.mp4