Icma.az bildirir, Demokrat.az portalına istinadən.
Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinin Ermənistana mümkün səfəri ilə bağlı qərarı regionda siyasi münasibətlər və geosiyasi balans baxımından diqqət çəkir. Bu addım Moskva-İrəvan münasibətlərində gərginlik və etimad məsələlərinin gündəmdə qalması fonunda qiymətləndirilir.
Paşinyanın Putinin Ermənistana səfəri ilə bağlı belə mövqe sərgiləməsi Ermənistan-Rusiya münasibətlərində hansı siyasi dəyişikliklərin göstəricisi ola bilər?
Politoloq Turab Rzayev Demokrat.az-a açıqlamasında deyib ki, Paşinyan Rusiya prezidentinin Ermənistana səfəri ilə bağlı Roma statutunu ratifikasiya edib:
“Bu isə o demək idi ki, Vladimir Putin Ermənistana səfər edərsə, hüquqi baxımdan həbs riski ilə üzləşə bilərdi. Lakin hazırkı vəziyyətdə belə bir problemin aradan qalxması və səfərin mümkünlüyü göstərir ki, Paşinyan artıq Qərb, Avropa İttifaqı və ABŞ tərəfindən kifayət qədər müdafiə olunmadığını düşünür və Rusiya ilə münasibətləri normallaşdırmağa çalışır. Bu qərarın Avropa İttifaqı ilə aparılan görüşlər fonunda qəbul edilməsi diqqət çəkir. Avropa ölkələri, xüsusilə Fransada bəzi dairələr hesab edir ki, Rusiya ilə münasibətlərin həddindən artıq gərginləşdirilməsi məqsədəuyğun deyil. Çünki Putinə qarşı tətbiq olunan məhdudiyyətlər onun şəxsiyyətinə yönəldiyi üçün bu, Moskva tərəfindən şəxsi hörmətsizlik kimi qəbul edilə bilər və nəticədə Ermənistan və Paşinyana qarşı daha sərt addımların atılmasına səbəb ola bilər. Buna görə də ehtimal olunur ki, səfər çərçivəsində Ermənistan-Rusiya münasibətləri müəyyən qədər yumşaldılsın və normallaşdırılsın. Daha sonra isə, əgər zərurət yaranarsa, Ermənistan öz Qərb yönümlü siyasətini daha ehtiyatlı şəkildə davam etdirə bilər. Buraya MDB ilə bağlı mövqelər, Avropa İttifaqına inteqrasiya istiqamətində addımlar, Avrasiya İqtisadi İttifaqından və KTMT-dən uzaqlaşma kimi qərarlar daxildir. Lakin bu addımların hamısı ehtiyatla həyata keçirilir, çünki Rusiyanın reaksiyası risk yarada bilər”.
O bildirib ki, Ermənistanın hazırda sürətlə silahlanması da qeyd olunur:
“Bu prosesdə Fransanın dəstəyi və Avropa İttifaqının maliyyə yardımı mühüm rol oynayır. Ehtimal edilir ki, Paşinyan Rusiya ilə münasibətləri müəyyən qədər yumşaltmaqla Moskvanın Ermənistana qarşı müxalifətə verdiyi dəstəyi azaltmağa və daxili siyasi mövqeyini möhkəmləndirməyə çalışır. Xüsusilə gələcək seçkilər kontekstində bu amil onun üçün strateji əhəmiyyət daşıyır. Eyni zamanda iqtisadi faktorlar da nəzərə alınır. Ermənistan Rusiya üçün müəyyən tranzit və iqtisadi kanal rolunu oynayır və sanksiyalardan yayınma mexanizmlərində dolayısı ilə istifadə olunur. Bu baxımdan, Paşinyanın Moskva ilə münasibətləri tam kəsməkdə deyil, daha çox balanslı və praqmatik şəkildə idarə etməyə çalışdığı ehtimal olunur”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Paşinyanın Putinin Ermənistana səfəri ilə bağlı belə mövqe sərgiləməsi Ermənistan-Rusiya münasibətlərində hansı siyasi dəyişikliklərin göstəricisi ola bilər?