Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Son illərdə univeristetlərdə bəzi vəzifələrə rəhbər seçki yolu ilə aparılır. Məsələn, dekanlar bir qayda olaraq səsverməylə seçilirlər. Amma bir məsələ var ki, dekanlar bir çox hallarda səlahiyyət müddəti başa çatmadan, rektorun əmri ilə vəzifəsindən kənarlaşdırılır.
Bəs niyə seçki yolu ilə seçilən dekan səsvermə yolu ilə vəzifəsindən azad olunmur?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil üzrə ekspert Məzahir Məmmədli deyib ki, Azərbaycanın təhsil müəssisələri təxminən 2008-ci ildən Boloniya sisteminə qoşulub:
“Ona görə də həm seçkilər, həm qayıb limiti yeni baloniya sisteminə uyğunlaşmalıdır. Çox təəssüf ki, bəzi hallarda bu sistem qüsurlu qurulub. Məsələn, qayıba görə tələbənin imtahana buraxılmaması, kəsirə qalması və yaxud dekanların seçkilər yolu ilə seçilib, amma rektorun əmriylə vəzifədən azad olması buna misal ola bilər.
Hesab edirəm ki, sistemdəki bu boşluqlara yeni baxış olmalıdır. Məsələn, ancaq 5 ildən bir yox, vaxtından əvvəl seçkilərin keçirilmə mexanizmi də müəyyən edilməlidir. Aydın olmalıdır ki, kafedra üzvlərinin və müəllimlərin neçəsinin birgə təşəbbüsü ilə vaxtından əvvəl dekan seçkiləri keçirilə bilər. Təəssüf ki, bu sahədə bir sıra boşluqlar var”.
Surxay Atakişiyev, Bizim.Media