Seçkidə məğlubiyyətdən sonra ABŞ a qaçdı

28.10.2026

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun oğlu Flavio Bolsonaro prezident seçkilərində məğlub olduqdan sonra ailəsi ilə birlikdə ABŞ-a qaçıb.

Turkustan.az xəbər verir ki, bu barədə CNN Brasil siyasətçinin ailəsinə yaxın mənbələrə istinadən məlumat yayıb. Qeyd olunur ki, Flavio Bolsonaro həyat yoldaşı və iki qızı ilə birlikdə ölkəni tərk edib.

Bu addımın məhkəmənin onların Braziliyadan çıxışına qadağa qoymasına baxmayaraq atıldığı bildirilir. Məlumata görə, Braziliyada keçirilən prezident seçkilərində Luis İnasio Lula da Silva qalib gəlib.

O, ölkənin siyasi tarixində seçkilərin ilk turunda məğlub olduqdan sonra sonrakı turda qalib gələn ilk prezidentliyə namizəd kimi təqdim olunur.

Flavio Bolsonaronun seçki kampaniyası isə səsvermənin nəticələrinin ləğv edilməsini tələb edib./Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью