Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-li milyarder İlon Maskın sosial mediada mübahisəli paylaşımları davam edir.
“AzPolitika” xəbər verir ki, “X” hesabından paylaşım edən İlon Mask bu dəfə də yeni ABŞ prezidenti seçilən Donald Trampa öz dəstəyini ifadə edib.
Mask sözügedən paylaşımında “Tramp seçkidə qalib gəlməsəydi, mədəniyyət məhv olardı”,-deyə qeyd edib.
Digər tərəfdən Maskın paylaşımına şərh yazan bir istifadəçi “Sırada Almaniyadır”, - deyə qeyd edib.
Mask həmin istifadəçiyə alman dilində “mütləq” mənasını verən ifadə ilə cavab verib.
“AzPolitika.info”