Seçkilərdə məğlub olan Bolsonaru ABŞ yə yola düşüb KİV

27.10.2026

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Braziliyada prezident seçkilərinin ikinci turunda məğlub olan senator Flavio Bolsonaru ölkəni tərk edərək ABŞ-yə gedib.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” agentliyi onun yaxın tərəfdarına istinadən məlumat yayıb. Mənbə senatorun ölkədən getdiyini təsdiqləyib.
Braziliya mediası isə öz mənbələrinə istinadən Bolsonarunun həyat yoldaşı və iki qızı ilə birlikdə ABŞ-yə yola düşdüyünü bildirib.
 

Məlumata görə, onun ölkəni tələsik tərk etməsinə səbəb həbs olunmaq qorxusu olub. Belə ki, Braziliya Ali Məhkəməsinin hakimi onların pasportlarının götürülməsi barədə göstəriş verib.


Həmçinin bildirilir ki, senator ailəsi ilə birlikdə özəl reyslə Argentina sərhədini keçib, daha sonra ABŞ-yə yollanıb.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью