Seçkilərə 35 milyon manat ayrılacaq

27.12.2024

Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.

2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən seçkilərin keçirilməsinə 35,1 milyon manat vəsait ayrılacaq.

Teleqraf.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “2025-ci ilin büdcəsi dövlət büdcəsi haqqında" qanunun tətbiqi barədə Fərmanda öz əksini tapıb.

Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 55,7 % azdır.

Xatırladaq ki, Azərbaycanda gələn il yanvarın 29-na növbəti bələdiyyə seçkiləri təyin edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью