Seçkilərə etiraz olaraq parlament önündə futbol oynadılar VİDEO

14.12.2024

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, bu gün Gürcüstanda prezident seçkiləri keçirilir. Parlamentdə təşkil edilən seçki 14:00-da başa çatacaq. Prezidentliyə yeganə namizəd isə deputat, Gürcüstanın futbol üzrə yığma komandasının keçmiş hücumçusu Mixail Kavelaşvilidir.

Bakupost.az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, seçki ilə eyni zamanda Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası keçirilir.

Aksiya zamanı bir qrup şəxs parlamentin binası qarşısında futbol oynamağa başlayıb. Onlar bununla Kavelaşvilinin siyasi deyil, futbol karyerasına diqqət çəkmək istəyiblər.

Kavelaşvili Gürcüstan yığmasında ümumilikdə 46 matç keçirib və bu oyunlarda 9 qol vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью