Seçkiləri uduzan Tramp Ağ Evin əməkdaşlarını işdən çıxaracaqmı?

04.11.2026

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Donald Tramp respublikaçıların aralıq seçkilərdə məğlubiyyətindən sonra president administrasiyasında (Ağ Ev – red.) kadr dəyişiklikləri etməyi planlaşdırmır.
Bizim.Media xəbər verir ki, Tramp bunu “Fox News” telekanalının canlı efirində deyib. 
ABŞ prezidentindən seçkilərin nəticələrindən sonra hökumətdə dəyişikliklərin gözlənilib-gözlənilmədiyi birbaşa soruşulub. O, qısa şəkildə “xeyr” cavabını verərək, bunun ümumiyyətlə öz komandasına aidiyyəti olmadığını bildirib.
Tramp ABŞ-da keçirilən seçkilərdən sonra mümkün dəyişikliklərlə bağlı əlavə təfərrüat açıqlamayıb.
Maraqlıdır ki, son günlər Trampın mövqeyində nəzərəçarpacaq dəyişiklik baş verib. Səsvermədən əvvəl o, CBS telekanalına açıqlamasında demokratların Konqresdə çoxluğu əldə edəcəyi təqdirdə onlarla müzakirələrin qısa olacağını bildirmişdi.
“Ali hakimiyyətə malikəm, onun adı vetodur”, – deyə ABŞ lideri qanunverici orqandakı qüvvələr nisbətinin dəyişməsi ilə bağlı suala cavab verərkən söyləmişdi.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью