Seçkilərin keçirilməsi mümkündür Paşinyan

26.11.2026

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Nikol Paşinyan müxalifətlə yeni konstitusiya ilə bağlı referendum keçirmək barədə razılığa gəlinməsə, ölkədə erkən parlament seçkilərinin keçirilməsini istisna etmir.

"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, Ermənistanın Baş naziri brifinqdə bildirib:

"Növbədənkənar seçkilər keçirməyimizə heç nə mane olmur, lakin müxalifətdən əlavə, cəmiyyətlə dialoq da çox vacibdir". İnternet mağaza

Paşinyanın sözlərinə görə, bütün qərarlar konstitusiya referendumunun keçirilməsi ilə bağlı parlament səsverməsinin nəticələrinə əsasən qəbul ediləcək.

Parlamentdəki hakim "Vətəndaş Müqaviləsi" fraksiyasının referendum keçirmək üçün 6 səsi çatışmır.

Xatırlatma: Ermənistan yeni konstitusiya layihəsini dərc edib və onun preambulasında Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad yoxdur.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью