Seçkilərin nəticəsi dollara görün necə təsir etdi Son rəqəmlər

06.11.2024

Icma.az bildirir, Publika.az portalına istinadən.

ABŞ seçkilərində səslərin hesablanması davam edir. Son nəticələrə görə, Donald Tramp öndədir. Trampın qalib gəlmə şansının artması ilə dollar qlobal valyutalar qarşısında möhkəmlənir. Avro böyük dəyər itkisi ilə Türkiyədə 37,02-ə düşüb.

Publika.az xəbər verir ki, dolların digər valyutalar qarşısında gücünü ölçən DXY İndeksi bu gün 1,18% artımla ticarət edir.

Dollar Yaponiya yeninə qarşı 1,24 %, avro qarşısında isə 1,26 % dəyər qazanıb.

Tramp dövrü qlobal ticarət üçün risk hesab edildiyinə görə, qlobal fond bazarları açılış öncəsi ticarətdə böyük enişlər yaşayır. Tramp ABŞ-ı qorumaq üçün Avropa və dünyanın qalan hissəsi ilə ticarətə yeni tariflər tətbiq etməklə hədələyir.

Qlobal bazarların yeganə diqqət mərkəzi ABŞ seçkiləri və bundan sonra baş verəcək hadisələrdir. Sabah FED uçot dərəcəsini açıqlayacaq. Keçən həftə qarışıq məlumatlardan sonra FED-in sabah faiz dərəcələrini 0,25 faiz endirməsi gözlənilir.

Aysel Şahmar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью