Seçkilərin son günü Moskva vuruldu: 1600 dən çox dronla hücum

21.09.2026

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyada parlament seçkilərinin son günündə Ukrayna Moskva və ətraf ərazilərə genişmiqyaslı hava hücumu həyata keçirib.

Turkustan.az xəbər verir ki, hücum zamanı 1 600-dən çox drondan və yerli istehsal olan “Pelikan” ballistik raketlərindən istifadə edildiyi bildirilib.

Ukrayna ordusunun gecə saatlarında həyata keçirdiyi hücum nəticəsində Moskva və ətraf ərazilərdə bir sıra obyektlərə ziyan dəyib. Paytaxta yanacaq tədarük edən “Kapotnya” neft emalı zavodunun ərazisində yanğın baş verib.

Hücum nəticəsində iki Rusiya vətəndaşının həlak olduğu bildirilib. Səhər saatlarında səsverməyə getməyə hazırlaşan Moskva sakinləri isə güclü partlayış səsləri ilə oyanıblar.

Hücumun Rusiyada parlament seçkilərinin son səsvermə gününə təsadüf etməsi diqqət çəkib.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью