Seçkilərlə bağlı maarifləndirmə tədbirlərinin formatı dəyişir

02.12.2024

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Bələdiyyə seçkiləri ilə əlaqədar keçirilən maarifləndirmə tədbirlərinin formatı dəyişdiriləcək.

Xalqcebhesi.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) dekabrın 2-də keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, bununla əlaqədar təkliflər olmalıdır:

"Mən komissiya üzvlərindən bu barədə təkliflərini almaq istəyirəm. Yaxın bir neçə gündə təklifləri təqdim etmək lazımdır. Bələdiyyə seçkiləri ilə bağlı aparılan maarifləndirmə işləri fərqli ola bilər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью