Seçkilərlə bağlı “qaynar xətt” fəaliyyətini yekunlaşdırdı | Icma.az
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün saat 19.00-dək bələdiyyə seçkiləri ilə bağlı Mətbuat Şurasının “qaynar xətt” rejimində fəaliyyət göstərən mobil və şəhər telefon nömrələrinə prosesi işıqlandıran jurnalistlər tərəfindən heç bir zəng daxil olmayıb.
Axar.az xəbər verir ki, bununla da Şuranın “qaynar xətt”i işini yekunlaşdırıb.
Qeyd edək ki, Şuranın (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri səsvemə başlayan andan bitənədək “qaynar xətt” rejimində işləyib.
Jurnalistlər qeyd edilmiş nömrələrlə əlaqə saxlayaraq, prosesin işıqlandırılması zamanı mümkün anlaşılmazlıqlar və problemlər barədə məlumat vermək imkanına malik olublar.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu