Seçmə mərhələ: Azərbaycan basketbol millisi bu gün İrlandiya ilə qarşılaşacaq AZƏRTAC

21.11.2024

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 21 noyabr, AZƏRTAC

Bu gün kişi basketbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.

AZƏRTAC xəbər verir ki, yığma səfərdə İrlandiyanın qonağı olacaq. Dublin şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Tahir Baxşıyevin rəhbərlik etdiyi kollektiv daha əvvəl keçirdiyi oyunlarda səfərdə İsveçrəyə 72:53 hesabı ilə məğlub olub, evdə isə Kosovoya qalib gəlib - 87:77.

Qeyd edək ki, aktivində 3 xalı olan Azərbaycan millisi 2-ci pillədə qərarlaşıb. İrlandiya isə 2 xalla sonuncu yerdədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью