Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 22 avqust, AZƏRTAC
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların tarixi müəyyənləşib.
AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, B Liqasının 1-ci qrupunda yer alan yığma oktyabrın 24-də Uels, 27-də Kosovo, 30-da isə Moldova yığması ilə qarşılaşacaq. Matçlar Moldovada təşkil olunacaq.
Oyunların başlanma saatı və stadionu ilə bağlı daha sonra məlumat veriləcək.