Seçmə mərhələ: Azərbaycanın basketbol millisi İsveçrəyə məğlub olub AZƏRTAC

24.11.2024

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 24 noyabr, AZƏRTAC

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi yığma doğma meydanda İsveçrə ilə qarşılaşıb. Bakı İdman Sarayında təşkil olunan görüş rəqibin 85:55 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi kollektiv daha əvvəl keçirdiyi oyunlarda səfərdə İsveçrəyə 53:72, İrlandiyaya 67:91 hesabı ilə məğlub olub, evdə isə Kosovoya qalib gəlib - 87:77.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью