Seçmə mərhələ: Azərbaycanın U 21 millisi Bolqarıstanı sınağa çəkəcək

09.09.2025

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 9 sentyabr, AZƏRTAC

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxacaq.

AZƏRTAC xəbər verir ki, B qrupunda yer alan komanda Bakıda Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

“Dalğa Arena”da keçiriləcək görüş saat 18:00-da başlanacaq. Matçı Albaniyadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələnin ilk oyununda Portuqaliyaya 0:5 hesabı ilə uduzub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью