Seçmə mərhələ: Azərbaycanın U 21 millisi Şotlandiya səfərində

30.09.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 30 sentyabr, AZƏRTAC

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.

AZƏRTAC xəbər verir ki, yığma B qrupundakı 9-cu matçında səfərdə Şotlandiya seçməsinin qonağı olacaq.

Kilmarnok şəhərindəki “Reqbi Park” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Qarşılaşmanı norveçli FIFA referisi Matias Stöfrinqshauq idarə edəcək.

Qeyd edək ki, Azərbaycan millisi B qrupunda 8 oyundan sonra 7 xalla 5-ci, Şotlandiya yığması isə 11 xalla 4-cü pillədə qərarlaşıb. Komandamız qrupda son oyununu oktyabrın 6-da Bakıda Cəbəllütariq seçməsinə qarşı keçirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью