Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunun yarımfinal mərhələsində məğlub olub.
Apasport.az xəbər verir ki, komandamız ABŞ seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin minimal qələbəsi ilə bitib - 19:18.
Bununla da, yığmamız turniri dördüncü pillədə başa vurub.
Qeyd edək ki, Dünya Kubokunda mübarizəyə A qrupunda başlayan Azərbaycan millisi Madaqaskar (21:13), Çexiya (14:11) və Polşanı (20:13) məğlub edib, Niderlanda isə uduzub - 13:19. Komanda pley-in mərhələsində Litvaya (14:12), 1/4 finalda Almaniyaya (18:16) qalib gəlib.
FIBA-nın milli təlimçisi Ələkbər Həsənov Bolqarıstanda seminarda iştirak edib Millimiz bu gün iki matç keçirəcək Azərbaycan millisi Kutaisidə keçirilən beynəlxalq turnirdə 4-cü olub 12 yaşadək basketbolçulardan ibarət millimiz Kutaisidə beynəlxalq turnirə iki qələbə ilə başlayıb Millilərimiz Avropa çempionatına Belarusda hazırlaşacaq