Seçməmiz Qızıl Avropa Liqasında növbəti matçını keçirib

07.06.2025

Cbcsport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın qadın voleybolçulardan ibarət yığması Qızıl Avropa Liqasında növbəti matçını keçirib.

Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv Slovakiya seçməsi ilə qarşılaşıb.

Görüş rəqib yığmanın qələbəsi ilə yekunlaşıb - 3:0 (25:20, 25:12, 25:20).

Qeyd edək ki, Qızıl Avropa Liqasının II turu Slovakiyanın paytaxtı Bratislavada keçirilir. Azərbaycan yığması daha əvvəl Bakıdakı matçlarda Macarıstan və Sloveniya seçmələrinə 0:3 hesabı ilə uduzub. Komanda növbəti görüşünü sabah Monteneqro millisinə qarşı keçirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью