Sedat Pekerlə bağlı ŞOK AÇIQLAMA

28.09.2026

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Milliyyətçi Hərəkət Partiyasının (MHP) media və rəqəmsal platformalar üzrə sədr müavini İsmail Özdemir sosial şəbəkə hesabında Sedat Pekerlə bağlı diqqətçəkən bəyanat verib.

“Yeni Sabah” xəbər verir ki, partiya rəsmisi MHP sədri Dövlət Baxçalıya istinad edərək Peker haqqında müsbət fikirlər səsləndirib:

"Hörmətli Sədrimizin hər dəfə “Ülküdaşımızdır” dediyi, dəyərli bir dava və könül adamıdır. Allah izin verərsə, yaxında özü və ailəsi vətənimizə qovuşacaqlar." pizza

MHP rəsmisinin bu açıqlaması uzun müddətdir xaricdə yaşayan Sedat Pekerin Türkiyəyə mümkün dönüşü ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью