Səddam Hüseynin generalı İstanbulda avtomobil yuma məntəqəsində işləyir

15.11.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

İraqın keçmiş lideri Səddam Hüseynin dövründə 17 il general və pilot kimi xidmət etmiş 60 yaşlı Xudhur Əhməd Rauf Vəli hazırda İstanbulda avtomobil yuma məntəqəsində çalışır.
Bizim.Media xəbər verir ki, Kərkükdə anadan olan keçmiş general 2003-cü ildə Səddam Hüseyn hakimiyyətdən devrildikdən sonra həyatından narahat olaraq gizlənib. Daha sonra ABŞ hərbçiləri tərəfindən tapılan Vəli bir müddət onlarla əməkdaşlıq etməli olub.
 

O, İraqda İŞİD terror qruplaşmasının hücumuna məruz qaldığını, evinin bombalanması nəticəsində həyat yoldaşını və dörd mühafizəçisini itirdiyini, özü isə qaçırılaraq işgəncələrə məruz qaldığını bildirib.


2013-cü ildə Türkiyəyə köçən Vəli əvvəlcə Sivasda tərcüməçi işləyib, 2017-ci ildə isə İstanbula köçərək ailə qurub. Hazırda avtomobil yuma və cilalama işi ilə məşğuldur.
Keçmiş general bildirib ki, vaxtilə tabeliyində min hərbçi olub, lakin indiki işindən də narazı deyil və Türkiyə xalqına göstərdikləri münasibətə görə təşəkkür edir.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью