Seddülbahir qalası mükafata layiq görüldü

28.11.2024

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Çanaqqala şəhərində yerləşən Seddülbahir qalasının bərpası öz sahəsində dünyanın ən nüfuzlu mükafatlarından biri qəbul edilən "Dezeen" mükafatına layiq görülüb.

SİA xatırladır ki, Seddülbahir qalası Çanaqqalada qədim müdafiə tikilisidir.

Qalanın bərpası Avstraliya, Çin, Malayziya, Belçika, İngiltərə və Şotlandiyanın 15 layihəsini üstələyib.

Bərpa dünyanın məşhur nəşrlərindən biri olan “Dezeen” jurnalının təşkil etdiyi müsabiqədə birinci seçilib.

Mükafat 90 nəfərlik münsiflər heyətinin qiymətləndirməsi nəticəsində Memarlıq Kateqoriyasında İrs Layihəsi şöbəsində təqdim edilib.

Müsabiqəyə müxtəlif kateqoriyalar üzrə 82 ölkədən 231 layihə qatılıb.

Seddülbahir qalası 1658-ci ildə Çanaqqalanın girişində tikilib.

3 noyabr 1914-cü ildə Çanaqqala döyüşlərinin başlanğıcında bombalanan qalada ilk şəhidlər verilib.

2015-ci ildə qalada bərpa layihəsinə başlanılıb.

Restavrasiyadan sonra Seddülbahir qalası Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə 18 mart 2023-cü ildə prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən ziyarətçilərin istifadəsinə verilib.

Qala layihəsi əvvəllər bir çox milli və beynəlxalq mükafatlara layiq görülüb.

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

Dünya

Xərçəng xəstəsi olan III Çarlz pəhriz saxlayır..?

Dünya

Çinlə münasibətlərdə status-kvo əldə olunub..?

Dünya

Gürcüstanda etirazlar başlayıb

Dünya

Növbəti ay üçün dolların məzənnəsi proqnozu...

Dünya

Borrell Avropa İttifaqı ölkələrinə müraciət edir

Dünya

16 nəfər zəhərlənərək xəstəxanaya yerləşdirilib

Dünya

Zelenski rekord miqdarda vergi artımı haqqında qanun imzalayıb

Dünya

Putin Gürcüstanda baş verən hadisələrdən təəccüblənib..?

Dünya

Rusiya ordusunda "komandirin mənəvi atası" vəzifəsi tətbiq edildi

Dünya

Putin: “Avropa “plintusdan aşağı” düşüb”

Dünya

Ruslara evdə şir, tülki...saxalamaq yasaq edilir

Dünya

Brüssel Gürcüstanla danışıqları dondurdu..?

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью