Sədəf Bakı səhnəsinə çıxacaq FOTO

03.01.2025

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qusar Dövlət Ləzgi Dram testrı yanvarın 9-da Bakıda "Bölgə teatrlarının Bakı premyeraları" festivalında iştirak edəcək. Mədəniyyət Nazirliyinin və Dövlət Dram Teatrının birgə layihəsi olan festivalda Qusar Dövlət Ləzgi Dram Teatrı Asəf Mehmanın "Sədəf" tamaşası ilə çıxış edəcək.
Bu barədə teatrın baş direktoru Faiq Qardaşov Bizim.Media-ya məlumat verib.
Onun sözlərinə görə, tamaşaya quruluşu və musiqini  özü verib. Tamaşanın rəssamı isə Marina Mahmudovadır.
Tamaşada hadisələr Qusarın ucqar dağ kəndlərinin birində cərəyan edir. Texnikumu bitirib öz doğma kəndinə qayıdan gənc Həmzəbəyin uşaqlıqdan sevdiyi Sədəf adlı qonşu qızına olan saf məhəbbəti uğrunda apardığı mübarizəsindən bəhs edən tamaşa Azərbaycan, musiqisi isə ləzgi dillərində Bakı tamaşaçılarına təqdim olunacaq.









Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью