Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Naxçıvan, 7 may, AZƏRTAC
Mayin 8-də “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.
RETSİ-dən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu məqsədlə 110/35/10 kV-luq Sədərək yarımstansiyasından qidalanan 35 kV-luq Sədərək hava xəttində elektrik naqillərinə toxunan ağac budaqları kəsiləcək. Aparılan budama işləri ilə əlaqədar Sədərək, Qaraağac kəndləri ve Heydərabad qəsəbəsinin elektrik enerjisinin verilişi saat 13:00-dan 14:00-dək dayandırılacaq.
Qeyd edək ki, həyata keçirilən tədbirlər enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədi daşıyır. Bu çərçivədə elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri aparılır.
Müxbir-Nail Əsgərov