Sədərək Ticarət Mərkəzi bağlanır? Rəsmi AÇIQLAMA

24.07.2026

Icma.az, Sitat.info portalına istinadən məlumat yayır.

"Sədərək" Ticarət Mərkəzi  haqda sosial şəbəkələrdə və bəzi saytlarda yayılan məlumatlar əsassızdır. Sədərək TM dükan deyil ki, bağlana... Bura onminlərlə ailənin iş yeri, qazanc yeridir".

 Bu sözləri ticarət mərkəzinin sözçüsü Kəmaləddin Qafarov Sitat.info-ya açıqlamasında səsləndirib. 

O bildirib ki, bu gün dövrün tələbinə uyğun olaraq, onlayn satış da həyata keçirilir: "Poçt xidmətimiz mövcuddur, hər gün bölgələrə çatdırılmalarımız olur. Sahibkarlar üçün onlayn satış yüksək səviyyədə təşkil olunub".

Səid,

Sitat.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью