Sədərək Ticarət Mərkəzində insidentlə bağlı araşdırma başlanıldı

14.10.2025

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Dünən sosial şəbəkələrədə Azərbaycan Dövlət Reklam Agentliyinin əməkdaşları ilə "Sədərək" Ticarət Mərkəzinin mühafizə xidmətinin əməkdaşları arasında baş verən insidentlə bağlı video yayılıb.

Bununla bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov APA-ya bildirib ki, "Sədərək" Ticarət Mərkəzində tərəflər arasında yaranan insidentlə bağlı polisə müraciətlər daxil olub.

Qaradağ RPİ-nin İstintaq Şöbəsində hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib.

Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью