Sədərəkdə 68 yaşlı kişi arvadını BIÇAQLADI

18.12.2025

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sədərək rayonunda bıçaqlanma hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə dekabrın 17-də qeydə alınıb. Dəmirçi kənd sakini 1963-cü il təvəllüdlü Aləmzər Abbasovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı Sədərək rayonu Dəmirçi kənd sakini 1957-ci il təvəllüdlü Zakir Abbasovun arvadı Almazər Abbasovaya xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sədərək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

Zakir Abbasov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью