Sədərəkdə iki saat qaz olmayacaq

02.02.2026

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Bu gün Naxçıvan Muxtar Respublikası (MR) Sədərək rayonunda iki saat qaz olmayacaq.

"Unikal" xəbər verir ki, rayonun Sədərək kəndində korroziyaya uğramış yeraltı qaz borusunun yerüstü boru ilə əvəzlənməsi məqsədilə təmir işləri aparılacaq.

Bu səbəbdən, fevralın 2-də saat 15:00-dan 17:00-dək kənd üzrə 553 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью